RAM NEDIR?
SDRAM
vaxtda) dinamik ixtiyari seçimli yaddaş moduludur.
"SDRAM"-ın kütləvi istehsalı 1993-cü ildə başlanıb. İlk əvvəl bu yaddaş tipi (növü) bahalı olan
videoyaddaşa (VRAM) alternativ kimi təqdim edilmişdi. Sonradan isə SDRAM tədricən digər
dinamik yaddaş tiplərini dövriyyədən sıxışdıraraq RAM kimi istifadə edilməyə başladı.
DDR texnologiyası əsasında SDRAM daha effektli oldu. "DDR SDRAM"-ın istehsalından
sonra DDR2 SDRAM standartı, sonra isə DDR3 SDRAM standartı istehsal edildi.
DDR SDRAM
DDR SDRAM (Double Data Rate Synchronous Dynamic Random Access Memory)
informasiyanın ötürülmə sürəti 2 dəfə artırılmış sinxron (eyni zamanda, eyni vaxtda) dinamik
ixtiyari seçimli yaddaş moduludur. SDRAM yaddaş tipini (növünü) əvəz etmişdir.
"SDRAM"-dan fərqli olaraq DDR SDRAM yaddaş tipində informasiyanın ötürülmə sürəti 2
dəfə artıqdır; belə ki DDR SDRAM yaddaş tipində informasiyanın oxunması yalnız front deyil,
həmçinin takt siqnalının düşməsi hesabına mümkün olur. Bunun nəticəsində yaddaş şininin takt
siqnal tezliyi artırılmadan belə informasiyanın ötürülmə sürəti 2 dəfə artır. Nəticədə 100 MHz
tezlikli DDR ilə işlədikdə bu 200 MHz effektiv tezliyə bərabərdir (SDR SDRAM ilə
müqayisədə).
SDRAM ilə DDR SDRAM yaddaş modulunun takt siqnalının və informasiyanın ötürülmə
dövrünün müqayisəsi
DDR SDRAM yaddaş modulu, 184 pin
DDR SDRAM yaddaş modulu xarici görünüşcə "SDRAM"-dan pinlərin və açarların sayına
görə fərqlənir:
DDR SDRAM - 184 pin (kontakt); SDRAM - 168 pin (kontakt).
DDR SDRAM - 1 açar; SDRAM - 2 açar.
DDR SDRAM yaddaş mikrosxemləri TSOP və BGA korpusunda istehsal edilir.
DDR mikrosxemlərinin təchizat gərginliyi: 2.6V+/-0.1V
Enerji sərfiyyatı: 527 mVT
Giriş-çıxış interfeysi: SSTL_2
DDR SDRAM yaddaş modulunun texniki xüsusiyyətləri
Modulun adı Yaddaş şininin takt tezliyi Çipin tipi (növü) İnformasiyanın nəzəri cəhətdən maksimal ötürülmə sürəti
birkanallı rejim ikikanallı rejim
- Modulun adı
- Yaddaş şininin takt tezliyi
- Çipin tipi (növü)
- İnformasiyanın nəzəri cəhətdən maksimal ötürülmə sürəti birkanallı rejim ikikanallı rejim
PC1600 100 MHz DDR200 1600 Mbayt/san 3200 Mbayt/san
PC2100 133 MHz DDR266 2133 Mbayt/san 4267 Mbayt/san
PC2400 150 MHz DDR300 2400 Mbayt/san 4800 Mbayt/san
PC2700 166 MHz DDR333 2667 Mbayt/san 5333 Mbayt/san
PC3200 200 MHz DDR-400 3200 Mbayt/san 6400 Mbayt/san
PC3500 217 MHz DDR433 3467 Mbayt/san 6933 Mbayt/san
PC3700 233 MHz DDR466 3733 Mbayt/san 7467 Mbayt/san
PC4000 250 MHz DDR500 4000 Mbayt/san 8000 Mbayt/san
PC4300 267 MHz DDR500 4267 Mbayt/san 8533 Mbayt/san
DDR2 SDRAMDDR2 SDRAM (Double Data Rate two Synchronous Dynamic Random Access Memory)
informasiyanın ötürülmə sürəti 2 dəfə artırılmış sinxron (eyni zamanda, eyni vaxtda) dinamik
ixtiyari seçimli yaddaş modulunun 2-ci nəslidir. DDR SDRAM yaddaş tipini (növünü) əvəz
etmişdir.
"DDR2 SDRAM"-ın "DDR SDRAM"-dan əsas fərqi informasiyanı mübadilə (bufer)
mikrosxem yaddaşına ötürən şinin işləmə tezliyinin 2 dəfə artıq olmasıdır.
DDR2-533 1 Qb yaddaş modulu
(kontaktların) sayına və açarların yerləşməsinə görə fərqlənir:
DDR2 SDRAM - 240 pin (hər tərəfində 120 pin); DDR SDRAM - 184 pin (kontakt).
Açarların yerlərinə görə fərq aşağıdakı şəkildə göstərilib:
DDR2 SDRAM yaddaş mikrosxemləri BGA yeni korpusunda istehsal edilir.
DDR2 mikrosxemlərinin təchizat gərginliyi: 1.8V
Enerji sərfiyyatı: 247 mVT
Giriş-çıxış interfeysi: SSTL_18
DDR2 SDRAM yaddaş modulunun texniki xüsusiyyətləri
- Modulun adı
- Şinin tezliyi
- Çipin tipi (növü)
- İnformasiyanın maksimal ötürülmə sürəti
PC2-3200 200 MHz DDR2-400 3200 MB/s və ya 3.2 QB/s
PC2-4200 266 MHz DDR2-533 4200 MB/s və ya 4.2 QB/s
PC2-5300 333 MHz DDR2-667 5300 MB/s və ya 5.3 QB/s
PC2-5400 337 MHz DDR2-675 5400 MB/s və ya 5.4 QB/s
PC2-5600 350 MHz DDR2-700 5600 MB/s və ya 5.6 QB/s
PC2-5700 355 MHz DDR2-711 5700 MB/s və ya 5.7 QB/s
PC2-6000 375 MHz DDR2-750 6000 MB/s və ya 6 QB/s
PC2-6400 400 MHz DDR2-800 6400 MB/s və ya 6.4 QB/s
PC2-7100 444 MHz DDR2-888 7100 MB/s və ya 7.1 QB/s
PC2-7200 450 MHz DDR2-900 7200 MB/s və ya 7.2 QB/s
PC2-8000 500 MHz DDR2-1000 8000 MB/s və ya 8 QB/s
PC2-8500 533 MHz DDR2-1066 8500 MB/s və ya 8.5 QB/s
PC2-9200 575 MHz DDR2-1150 9200 MB/s və ya 9.2 QB/s
PC2-9600 600 MHz DDR2- 1200 9600 MB/s və ya 9.6 QB/s
DDR3 SDRAMDDR3 SDRAM (Double Data Rate three Synchronous Dynamic Random Access Memory)
informasiyanın ötürülmə sürəti 2 dəfə artırılmış sinxron (eyni zamanda, eyni vaxtda) dinamik
ixtiyari seçimli yaddaş modulunun 3-cü nəslidir. DDR2 SDRAM yaddaş tipini (növünü) əvəz
etmişdir.
DDR2 SDRAM yaddaş modulu ilə müqayisədə DDR3 SDRAM yaddaş modulunda enerjidən
istifadə 30% azaldılıb.
DDR3 SDRAM yaddaş mikrosxemləri yalnız BGA korpusunda istehsal edilir.
DDR3 SDRAM mikrosxeminin təchizat gərginliyi 1,5V-dur. Təchizat gərginliyinin azalması
mikrosxemlərin istehsalında 90 nanometr (ilk əvvəl, sonradan 65, 50, 40 nanometr) texnooloji
prosesindən isifadə edilməsi və Dual-gate (ikiqat qıfıl) tranzistorunun tətbiq edilməsi ilə əlaqədardır.
DDR3 SDRAM 240 pindən (kontaktdan) ibarətdir. Bildiyimiz kimi, DDR2 SDRAM da 240 pindən (kontaktdan) ibarətdir. Buna baxmayaraq, DDR3 SDRAM yaddaş modulu DDR2 SDRAM slotuna quraşdırıla bilməz, çünki açar yerləri uyğun deyil. Açarların yerlərinə görə fərq aşağıdakı şəkildə göstərilib:
DDR3 SDRAM yaddaş modulunun texniki xüsusiyyətləri
- Modulun adı
- Yaddaşın tezliyi
- Şinin tezliyi Çipin tipi (növü) İnformasiyanın maksimal ötürülmə sürəti
PC3-6400 100 MHz 400 MHz DDR3-800 6400 MB/s
PC3-8500 133 MHz 533 MHz DDR3-1066 8533 MB/s
PC3-10600 166 MHz 667 MHz DDR3-1333 10667 MB/s
PC3-12800 200 MHz 800 MHz DDR3-1600 12800 MB/s
PC3-14400 225 MHz 900 MHz DDR3-1800 14400 MB/s
PC3-16000 250 MHz 1000 MHz DDR3-2000 16000 MB/s
PC3-17000 266 MHz 1066 MHz DDR3-2133 17066 MB/s
PC3-17600 275 MHz 1100 MHz DDR3-2200 17600 MB/s
PC3-19200 300 MHz 1200 MHz DDR3-2400 19200 MB/s
Hiç yorum yok:
Yorum Gönder
Teşekkür ederiz