30 Kasım 2014 Pazar

MOTHERBOARD

Ana lövhə-Anakart (Motherboard)



Kompüterdə ən böyük elektron plata ana lövhədir (motherboard). Ana lövhə üzərində prosessor,
əməli yaddaş, şinlər, BIOS və digər elementlər yerləşir.
Ana lövhə qida bloku, monitor, klaviatura və disk qurğuları olmaq şərtilə işləyir.
Ana lövhəni seçən zaman çipsetin (chipset - baza mikrosxemlərinin toplusu) istehsal olunduğu
firmaya və onun funksional imkanlarına diqqət yetirmək lazımdır. Əgər hər hansı firmanın
prosessorunun seçmisinizsə, o zaman həmin firmanın çipsetini də seçmək tövsiyə olunur.
Çipset vasitəsilə ana lövhə sistem blok daxilindəki bütün proseslərə nəzarət edir. Ana lövhənin
ən əsas xüsusiyyətləri - informasiyanın ötürülmə sürəti, dəstəklənən prosessor modelləri və
onların sayı, yaddaş ilə iş parametrləri və s. məhz birbaşa çipset ilə əlaqəlidir.
Ana lövhənin normal iş rejiminin pozulmasına səbəb lazım olan normal gərginliyin və
temperaturun dəyişilməsi ola bilər.

Ana lövhənin quruluşu (sxemi):
Ana lövhənin quruluşu (sxemi)
CPU Socket. Prosessorun quraşdırıldığı yuvadır. Hər soketə quraşdırılan öz prosessor modelləri
var.
DDR SDRAM slotu. Əməli yaddaş modulları bu slota quraşdırılır. Ana lövhənin quruluşunu
(sxemini) əks etdirən yuxarıdakı şəkildə DDR SDRAM slotudur. Həmçinin DDR2 SDRAM,
DDR3 SDRAM slotu da ola bilər. Və həmin slotlara uyğun gələn yaddaş modulları quraşdırılır.
Yaddaş modulunu ana lövhə üzərində yerləşən slota quraşdırarkən diqqət etmək lazımdır ki,
yaddaş modulundakı açar ilə onun quraşdırılıdığı slotdakı kəsik yeri uyğun gəlsin:
DDR SDRAM

Şimal körpüsü. Bu körpü prosessor, əməli yaddaş və AGP, PCI Express şinləri
(videokontrolleri) arasında əlaqə yaradır.
Cənub körpüsü. PCI şini və kompüterə birləşdirilən periferiya qurğularının normal işləməsinə
cavabdehdir. Aşağıdakı şəkildə onların iş prinsipi əks etdirilmişdir:

Şimal və cənub körpülərinin iş prinsipi

ATA (IDE) birləşdirici. 40 və ya 80 tel kabel vasitəsilə qurğular (sərt disk, sürücü və s.) ana
lövhədəki ATA (IDE) birləşdiriciyə qoşulur. ATA (IDE) birləşdiricidə 40 pin vardır. ATA
(IDE) interfeysə qoşulan qurğuların maksimal sayı 2 ola bilər (Master/Slave):

Yuxarıdakı 40 pin , aşağıdakı 80 pin

Ana lövhə üzərindəki ATA (IDE) birləşdirici
SATA (Serial ATA) birləşdirici. ATA (IDE) interfeysinin təkmilləşdirilmiş formasıdır.
"SATA"-nın yaranmasından sonra "ATA (IDE)" -nın adı dəyişdirilərək PATA adlandırıldı. 7
pin və 15 pin kabel vasitəsilə qurğular (disk, sürücü) ana lövhədə üzərindəki SATA
birləşdiriciyə qoşulur. SATA interfeysinin ATA (IDE)-dan əsas fərqi informasiyanın ötürülmə
sürətinin yüksək olmasıdır.

Ana lövhə üzərindəki SATA birləşdirici
Floppy disc drive (FDD) birləşdirici. 34 tel kabel vasitəsilə FDD qurğusu ana lövhə üzərindəki
FDD birləşdiriciyə qoşulur.

Ana lövhə üzərindəki FDD birləşdirici
PCI Express şin slotuna videokart platası qoşulur.
BIOS da (daimi yaddaş) kompüter qurğularının yoxlanılması, əməliyyat sisteminin başlanğıc
yüklənməsi və kompüter qurğularına xidmət edən baza funksiyalarının icrası üçün proqramlar
yerləşir.

BIOS
CMOS Battery. Tarix, saat, kompüterin ayarları haqqında müəyyən informasiyaların
saxlanılması üçün istifadə edilir. Daha ətraflı BIOS(daimi yaddaş) və CMOS RAM bölməsində

CMOS Battery
4 pin qida birləşdirici. Öz qida mənbəyi üçün 12V şindən istifadə edən Pentium 4/Athlon 64
prosessorlarının istehsalından sonra ana lövhədə əlavə 12V birləşdiricinin (connector)
yerləşdirilməsi zərurəti yarandı. Bu birləşdirici adətən prosessor "yuva"sının yaxınlığında
yerləşir.

4 pin qida birləşdirici
24 pin qida birləşdirici. Ana lövhə üzərində yerləşən 24 pin qida birləşdiriciyə qida blokunun
müvafiq kabeli qoşulur və ana lövhə qida mənbəyi ilə təmin olunur.

24 pin qida birləşdirici
Ana lövhənin xarici birləşdiriciləri

Ana lövhənin xarici birləşdiriciləri
1. PS/2 portu (yaşıl rəng). Yaşıl rəngdə olan PS/2 portu siçanın qoşulması üçün istifadə edilən
interfeysdir.
2. PS/2 portu (bənövşəyi rəng). Bənövşəyi rəngdə olan PS/2 portu klaviaturanın qoşulması üçün
istifadə edilən interfeysdir.
Müasir ana lövhələrdə ya ümumiyyətlə PS/2 portu olmur, ya da yalnız biri olur. Klaviatura və
siçanın qoşulması üçün hal-hazırda USB portdan dah çox istifadə edilir.
3. Parallel port (IEEE 1284). Periferiya qurğularının qoşulması üçün paralel interfeysdir.
Əsasən printer, skaner qurğularının qoşulması üçün istifadə edilir.
4. Com-port (Communication port). Ardıcıl portdur. Ardıcıl ona görə adlanır ki, həmin port
vasitəsilə informasiya bit-bit (ardıcıl) ötürülür. Com-port vasitəsilə modem, siçan (maus) və s.
kimi qurğular ana lövhəyə birləşdirilir. "Null-modem-cable" -dən istifadə etməklə Com-port
vasitəsilə 2 kompüter arasında əlaqə yaratmaq mümkündür.
5. VGA port. Bu port 15 pindən ibarətdir. 1987-ci ildə hazırlanıb. İlk əvvəl elektron şüa borulu
(CRT - Cathode Ray Tube) monitorlar üçün nəzərdə tutulmuşdu. VGA portu vasitəsilə vizual
görüntü ekrana çıxarılır.
6. USB port. Periferiya qurğuları üçün informasiyanın ardıcıl, yəni bit-bit ötürülməsi üçün
istifadə edilən interfeysdir.
7. LAN (RJ-45 portu). Bu port şəbəkə əlaqəsi yaradılmasında istifadə edilir. 8 tel kabeldən
istifadə edilir.
8. Audio port. Səsin yazılması, ötürülməsi və eşidilməsi üçün istifadə edilən interfeysdir.
Ana lövhələrin form faktora görə təsnifatı
Ana lövhə form faktoru - fərdi kompüter üçün ana lövhənin ölçülərini, onun korpusa
bərkidilmə yerlərini, lövhə üzərindəki şin interfeyslərinin, giriş-çıxış portlarının, prosessor
soketinin, yaddaş slotlarının yerləşməsini təyin edən standartdır.
Standart form faktorlara uyğun gəlməyən ana lövhələr də var. Bu onunla izah olunur ki, həmin
ana lövhələr yüksək ixtisaslıdır: istehsalçı ya özü onun üçün periferiya qurğuları hazırlayır, ya da
standart komponentlərdən istifadə etmək qeyri-mümkündür. Apple Computer, Commodore,
Silicon Graphics, Hewlett Packard, Compaq kompaniyaları digərlərindən fərqli olaraq
standartlar ilə çox da hesablaşmırlar.
Kütləvi istehsal edilən ana lövhə form faktorları

  1. Ana lövhə form faktoru 
  2. Fiziki ölçüləri (düym,millimetr)
  3. Yaranma tarixi 
  4. Qeyd 

XT 8,5x11  IBM, 1983 IBM PC/XT arxitekturası
     216x279 
AT 12x11-13 IBM, 1984 IBM PC/AT (Desktop/Tower)
       305x279-330 
Baby-AT 8,5x10-13 IBM, 1985 IBM PC/XT arxitekturası. AT tipli ana lövhə form faktorunu                             216x254-330                      əvəzləmişdir.Funksional olaraq AT form aktoruna
                                                           ekvivalentdir (bərabərdir).Kiçik ölçüsünə görə Baby-AT form                                                                 faktoru məşhurlaşmışdır.
                   
ATX 12x9,6  Intel, 1995 2007-ci ilə kimi ən məşhur ana lövhə form-faktoru olmuşdur.Form faktorun
         305X204                standart ölçüsünün   12x9,6 olmasına baxmayaraq, bəzi kompaniyalar 10x12                                                                                                       ölçüsüsündən də istifadə ediblər.
microATX 9,6x9,6   Intel, 1996 "ATX"-in yığcam forması (təxminən 25% kiçikdir). Kiçik ölçüsünə                244x244      örə az slota malikdir. Həmçinin kiçik qida blokundan da istifadə etmək                                                  mümkündür.FlexATX 9,6x7,5-9,6 244x190,5-228,6 Intel, 1999 Intel                                                      kompaniyası tərəfindən 1999-cu ildə hazırlanmışdır. MicroATX form faktorunu                                    əvəz etmişdir.
                    
mini-ATX 5,9x5,9     Aopen, 2005 MoDT (Mobile on Desktop Technology) texnologiyası vasitəsilə                    150x150     hazırlanıb, mobil prosessorları    üçün adaptasiya olunub.
                    


                                         









Hiç yorum yok:

Yorum Gönder

Teşekkür ederiz