Prosessor (CPU)
Ana lövhədə əsas elementlərdən biri, onun "beyni" prosessordur.
Intel 80468DX2 Intel Celeron400 Socket 370
Prosessorlar müəyyən nömrələrlə nişanlanırlar. Bu nömrələr vasitəsilə onların texniki parametrləri haqqında məlumat əldə etmək olur.
Prosessorun əsas xüsusiyyəti onun takt tezliyi, keş yaddaşın tutumudur.
Takt tezliyi - prosessorun saniyə ərzində yerinə yetirdiyi əməliyyatların sayıdır. Takt tezliyi
meqahertz (MHz) kəmiyyəti ilə ölçülür. Məsələn, 1 QHz tezliyə malik prosessor saniyə ərzində
1 milyard əməliyyat yerinə yetirir. Eyni model prosessorlar müxtəlif takt tezliyinə malik ola
bilərlər. Prosessorun takt tezliyi nə qədər yüksəkdirsə, işləmə sürəti də bir o qədər yüksək olur
Takt tezliyinin 2 tipi (növü) var: daxili və xarici takt tezliyi.
Daxili takt tezliyi - prosessorun daxilində gedən əməliyyatların takt tezliyidir.
Xarici takt tezliyi və ya sistem şininin tezliyi - prosessor ilə əməli yaddaş arasındakı
informasiya mübadiləsinin takt tezliyidir.
1992-ci ilə kimi prosessorlarda daxili və xarici takt tezliyi uyğun gəlirdi (bərabər idi). 1992-ci
ildə isə Intel kompaniyası 80486DX prosessorunu təqdim etdi, hansında ki daxili və xarici takt
tezliyi müxtəlif idi: daxili takt tezliyi xaricidən 2 dəfə yüksək idi. 25/50 və 33/66 MHz takt
tezlikləri olan 2 belə prosessor istehsal edilmişdi. Sonradan Intel kompaniyası daxili takt tezliyi
xarici takt tezliyindən 3 dəfə yüksək olan 80486DX4 prosessorunu istehsal etdi.
Müasir prosessorlarda, məsələn 3 QHz takt tezliyi olan prosessorlarda sistem şininin tezliyi
(xarici takt tezliyi) 800 Mhz-dir.
Prosessorun sürətindən danışarkən daxili keş yaddaş da əsas götürülür. Daxili keş yaddaş
vasitəsilə prosessor bir neçə dəfə sürətlə işləyir və bu ilk dəfə olaraq 486 prosessorlarında tətbiq
edilmişdir.
2010-cu ilin ən güclü prosessoru Intel kompaniyasının istehsal etdiyi Intel Core i7-980x
Extreme Edition olmuşdur.
Intel Core i7.
Prosessorun xüsusiyyətləri aşağıdakılardır:
- 3,33 QHz takt tezliyi (hər bir nüvə üçün);
- Intel Turbo Boost texnologiyası əsasında takt tezliyinin 3,6 QHz-ə yüksəldilməsi;
- 6 nüvəli olması;
- 12 MB keş yaddaş;
- 3 kanallı DDR3 yaddaşı 1066 MHz;
- 32 nanometr istehsal texnologiyası.
Tranzistorun və ilk mikroprosessorun ixtirası
Dünyada ilk işlək tranzistorun surəti
Tranzistor və ya yarımkeçiricinin ixtirası kompüter əsrində inqilabi əhəmiyyətli hadisələrdən
sayılır. 1947-ci ildə "Bell Laboratory"-nin mühəndisləri Con Bardin (Jon Bardeen), Uolter
Bratteyn (Walter Brattain) və Uilyam Şokli (William Shockley) tranzistoru ixtira ediblər.
Bratteyn (Walter Brattain) və Uilyam Şokli (William Shockley) tranzistoru ixtira ediblər.
Tranzistor geniş kütləyə 1948-ci ildə təqdim olunub. Bu alimlər 1956-cı ildə fizika sahəsində
Nobel mükafatı ilə təltif ediliblər.
Tranzistorlar geniş yer tutan və əlverişsiz vakuum lampalarını əvəz ediblər. Onların əsasında
hazırlanan kompüterlər daha kiçik ölçülərə malik oldular, həmçinin yüksək sürət və effektivliyi
ilə fərqlənirdilər.
Elektron vakuum lampalardan tranzistorlara keçid miniatürləşmə (kiçilmə) prosesinin
başlanğıcını qoyub. Akkumlyator batareyası ilə işləyən müasir noutbuklar bir vaxtlar bütün otağı
tutan və xeyli miqdarda elektrik enerjisi sərf edən sistemlərdən fərqli olaraq, daha yüksək
göstəricilərə malikdirlər.
Vakuum lampalarının tranzistor və inteqral sxemlər tərəfindən sıxışdırılıb çıxarılmasına
baxmayaraq, onlar hələ də yüksək keyfiyyətli səs avadanlıqları sahəsində təlabatlıdırlar, belə ki
tranzistorlardan fərqli olaraq, daha təmiz və aydın səslənmə alınmasına imkan yaradır. AOpen
şirkəti (ACER-in bölməsi) ikiqat vakuum lampası və xüsusi arxitekturası olan AX4B-533 Tube
sistem lövhəsini təqdim edib. Bu sistem lövhəsi musiqi kompozisiyalarının səslənməsində əla
keyfiyyətin alınmasına imkan yaradır.
İlk mikroprosessor
Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi
blokun yaradılması əhəmiyyətli yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan
proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il noyabr ayının 15-də ictimaiyyətə təqdim
olunub.
"İnteqral elektronikasında yeni era" başlığı altında reklam məqaləsi 1971-ci ildə "Electronic
News" jurnalında çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru
və onun yaradıcısı Ted Hoffu təqdim edib. Intel firmasının yaradıcılarından biri olan Qordon
Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixinin ən inqilabi məhsullardan biri"
adlandırıb. İxtira o qədər əhəmiyyətli idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul
edilib.
Federiko Fadcin, Ted Hoff və Stenli Meyzor Intel 4004 mikroprosessoru üzərindəki işlərinə
görə 2010-cu il oktyabr ayının 15-də ABŞ prezidenti Barak Obama (Barack Obama) tərəfindən
National Medal of Technology and Innovation mükafatı ilə təltif ediliblər.
1971-ci ildə istehsal edilmiş Intel 4004 mikroprosessoru 2300 tranzistordan ibarət idi. 2011-ci
ildə istehsal edilmiş ikinci nəsil Intel Core prosessoru 400 min dəfə çox, təxminən milyard
tranzistordan ibarətdir. Intel 4004 əvvəlcə Busicom kalkulyatoru üçün hazırlanmışdı.
Intel 4004 mikroprosessoru 10 mkm texnoloji proses əsasında hazırlanıb. İkinci nəsil Intel Core
prosessorları 32 nanometr texnologiya əsasında hazırlanır. Müasir prosessorlarda tranzistorların
ölçüsü təxminən 300 dəfə daha kiçikdir.
Intel 4004 740 KHs takt tezliyində işləyib.
Müasir dövrdə prosessorlar meteorologiya, aviasiya, nüvə fizikası və mühəndis layihələrində
inanılmaz mürəkkəb hesablamalar yerinə yetirə bilər. Onlar az yer tutur və güclü məhsuldarlığa
malikdirlər. Son 40 il ərzində mikroprosessorlar daha sürətli və güclü olmuş, eyni zamanda, daha
kiçik və ucuzdurlar.
Hiç yorum yok:
Yorum Gönder
Teşekkür ederiz